FİFA “Neftçi”ni sevindirdi: Cavid İmamverdiyev oynaya biləcək

Ötən mövsüm Türkiyənin “Elazığspor” klubunda icarə əsasında çıxış etmiş Cavid İmamverdiyev “Neftçi”nin formasında meydana çıxa biləcək. Allsport.az xəbər verir ki, “Neftçi” klubunun AFFA vasitəsilə FİFA-nın “Mübahisəli Məsələlərin Həlli Şurası”na ünvanladığı rəsmi müraciətə müsbət cavab verilib.

Belə ki, FİFA futbolçunun “Neftçi”də çıxış edə bilməsi üçün AFFA-ya müvəqqəti qeydiyyat səlahiyyətini verib. Bunun əsasında Cavid İmamverdiyev növbəti oyunlarda meydana çıxa biləcək. Müvəqqəti qeydiyyat icazəsi “Mübahisəli Məsələlərin Həlli Şurası”nın çıxaracağı yekun qərara qədər qüvvədə olacaq.

Xatırladaq ki, Cavid İmamverdiyev ötən mövsüm icarə əsasında Türkiyənin “Elazığspor” klubunda çıxış etmişdi. Klub futbolçu ilə müqaviləyə erkən xitam haqqında FİFA-ya şikayət edib. Şikayət səbəbindən Cavid İmamverdiyevin “Neftçi”də oynamasına maneə yaranmışdı.

Həmin kateqoriyadan