FİFA təkzib etdi

FİFA təkzib etdi

Mərakeş kral futbol federasiyasının (RMFF) prezidenti Fauzi Lekja DÇ-2030-un final qarşılaşmasının Kasablankada inşası davam edən yeni “II Həsən” stadionunda keçiriləcəyini açıqlayıb.

Allsport.az xəbər verir ki, federasiya rəhbəri Ben-Sliman əyalətinin bu tarixi mərhələyə ev sahibliyi edəcəyini bildirib.

Lakin beynəlxalq futbol federasiyası (FİFA) bu açıqlamanı təkzib edib. Bildirilib ki, final oyununun keçiriləcəyi məkanla bağlı rəsmi qərar hələ verilməyib və bu barədə müəyyən olunmuş vaxtda xüsusi açıqlama olunacaq.

Həmin kateqoriyadan