- Baxış sayı: 101
- 23 İyul 2026 21:55
- Baxış sayı: 135
- İyul 22, 2026
- 0

Norveç futbol assosiasiyası ABŞ prezidenti Donald Trampın futbolçu Folarin Baloqunla bağlı işə müdaxiləsi səbəbindən FİFA-nın intizam komitəsinə rəsmi şikayət etməyə hazırlaşır.
Allsport.az xəbər verir ki, ABŞ millisinin hücumçusu dünya çempionatının 1/16 finalında Bosniya və Herseqovina ilə oyunda (2:0) qırmızı vərəqə aldığı üçün cəzalandırılmışdı.
Lakin onun diskvalifikasiyası bir illik sınaq müddəti ilə dayandırılmış və futbolçu 1/8 finalda Belçikaya qarşı keçirilən görüşdə (1:4) iştirak etmişdi.
Daha sonra Donald Tramp bu prosesdə şəxsən iştirak etdiyini təsdiqləyib. ABŞ prezidenti Canni İnfantinonu Baloqunun cəzasını ləğv etməyə razı salıb.
Norveç futbol assosiasiyası isə bu hadisəni etik normaların pozulması kimi qiymətləndirərək məsələni FIFA-nın Etika Komitəsinə çıxarmağa hazırlaşır.