- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“Flamenqo”nun yeni idman direktoru Xose Boto gələn mövsüm üçün heyəti gücləndirmək variantları üzərində işləməyə başlayıb.
Allsport.az xəbər verir ki, komandanın əsas problemi ilin sonunda müqaviləsi başa çatacaq əsas hücumçu Qabriel Barbosanı əvəzləməkdir.
Boto onun yerinə ötən yaydan Səudiyyə Ərəbistanının”Əl-Əhli” klubunda çıxış edən Roberto Firminonu dəvət etmək istəyir.
Hazırda təxminən 10 milyon avro qazanan 33 yaşlı futbolçunun yüksək maaşı transferə mane ola bilər.