- Baxış sayı: 26
- 01 Dekabr 2024 20:23
- Baxış sayı: 41
- Dekabr 01, 2024
- 0
“Barselona”nın yarımmüdafiəçisi Frank Kessye karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Allsport.az saytı xəbər verir ki, “Barselona” və “Əl-Əhli” 26 yaşlı oyunçunun təxminən 15 milyon avroya transferi razılığa gəliblər.
Bu gün keçidin rəsmən açıqlanacağı gözlənilir. Yarımmüdafiəçi Səudiyyə Ərəbistan klubu ilə 2026-cı ilə qədər müqavilə imzalayacaq.
Frank keçən yay “Milan”dan ayrıldıqdan sona azad agent kimi Kataloniya təmsilçisinə keçmişdi. O, “Barselona” ilə La Liqa çempionluğunu və İspaniya Superkubokunu qazanıb. Kessye komanda üçün 43 matçda 3 qol vurub, 3 qolun ötürməsini verib və 6 sarı vərəqə alıb.