- Baxış sayı: 22
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0

Fransa futbol federasiyası milli komandanın yeni baş məşqçisinin Zinəddin Zidan olduğunu rəsmən açıqlayıb.
Allsport.az xəbər verir ki, mütəxəssislə 2030-cu ilədək müqavilə imzalanıb.
Fransa millisi DÇ-2026-nı Didye Deşamın rəhbərliyi altında başa vurub. O, turnirdən sonra vəzifəsindən ayrılacağını əvvəlcədən açıqlamışdı. Fransa yığması mundialın üçüncü yer uğrunda oyununda İngiltərəyə 4:6 hesabı ilə məğlub olub.
Zinəddin Zidan 2021-ci ildən bəri heç bir komandada çalışmırdı. O, daha əvvəl iki fərqli dövrdə Madrid “Real”ının baş məşqçisi olub və bu müddətdə 11 titul, o cümlədən üç UEFA çempionlar liqası kuboku qazanıb.