- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“Əl Əhli” klubu “Nyukasl”ın hücumçusu Allan Sent-Maksimini transfer edib.
Allsport.az saytı xəbər verir, 26 yaşlı futbolçunun müqavilə müddəti barədə məlumat verilmir. Transfermarktın məlumatına görə, sövdələşmə 27,2 milyon avro təşkil edib.
İngiltərə komandası fransalını 2019-cu ildə “Nitsa”dan 18 milyon avroya alıb. Sent-Maksimin “Nyukasl”ın heyətində 124 oyuna çıxıb, 13 qol vurub və 21 məhsuldar ötürmə verib.