- Baxış sayı: 43
- 18 İyul 2025 20:33
- Baxış sayı: 140
- İyul 20, 2025
- 0
Mayın 30-da motosiklet idman federasiyası ictimai birliyinin ümumi yığıncağı keçirilib.
Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Yığıncaqda çıxış edən gənclər və idman nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
Federasiya prezidenti Kür Səfərəliyev çıxış edərək təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.
Daha sonra federasiya rəhbərliyinə seçki keçirilib. Fuad Bağırov motosiklet idman federasiyasının prezidenti seçilib. Sabir Babayev I vitse-prezident, Emil Quliyev vitse-prezident, Azər Əliyev və Rüfət Dadaşov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Sonda Fuad Bağırov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib.