Fudokan üzrə turnir keçiriləcək

Noyabrın 6-7-də “Sərhədçi” olimpiya idman mərkəzində fudokan üzrə Zəfər gününə həsr edilmiş açıq Bakı çempionatı və 1-ciliyi keçiriləcək.

Allsport.az xəbər verir ki, yarışda uşaq, yeniyetmə və gənc fudokançılar mübarizə aparacaqlar.

Turnirdə Bakı, Sumqayıt, Gəncə, Ağstafa, Cəlilabad, Qobustan, Biləsuvar, Xaçmaz, Sabirabad və digər rayon, şəhərlərdən idmançıların iştirakı planlaşdırırlıb. Yarış gənclər və idman nazirliyi, Bakı şəhər gənclər və idman baş idarəsi və Bakı karate-do akademiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Həmin kateqoriyadan