Fudokançılarımız mübarizəyə başlayırlar

Bu gün Polşanın Katovis şəhərində fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatı start götürür.
Allsport.az xəbər verir ki, ölkəmizi qitə çempionatında dünya fudokan federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadənin rəhbərliyi altında Ülvi Məmmədov, Əsəd İmanov, Nicat Əsədov və Elməddin Səlimli təmsil edəcəklər.
Komandamızın heyətində, həmçinin Bakı şəhər gənclər və idman baş idarəsinin əməkdaşı Gündüz Vəliyev, məşqçilər Xəyal Fərhadov və Əmirqulu Quliyev də yer alıblar. 
Otuzdan çox ölkənin iştirak edəcəyi qitə çempionatı 5 gün davam edəcək.

Həmin kateqoriyadan