Fudokançımız Avropa çempionu oldu

Polşanın Katovis şəhərində fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatında komandamız qızıl medal qazanıb. Allsport.az xəbər verir ki, təmsilçimiz Elməddin Səlimli (3 kyu – 1 dan qara kəmərlər arasında) uşaqlar arasında Avropa çempionatının qalibi olub. 
Gənclər və idman nazirliyinin, Bakı şəhər gənclər və idman baş idarəsinin dəstəyi, dünya fudokan federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadənin rəhbərliyi altında yarışa qatılan komandamızı Ülvi Məmmədov, Əsəd İmanov, Nicat Əsədov və Elməddin Səlimli təmsil edirlər. 
Otuzdan çox ölkədən idmançıların iştirak etdiyi qitə çempionatı oktyabrın 6-dək davam edəcək.

Həmin kateqoriyadan