“Futbolçuların bütün fikri əsgərlərimizin yanındadır”

Bu gün millətlər liqasında Qaradağ – Azərbaycan matçı öncəsi yığmamızın kapitanı Maksim Medvedev açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, qələbə qazanmaqla cəbhə bölgəsində döyüşən əsgərlərimizə dəstək olmağa çalışacaqlarını söyləyib:

“Ölkədəki vəziyyət hamıya məlumdur. Futbolçuların bütün fikri əsgərlərimizin yanındadır. Bura futbol oynamağa gəlmişik. Yaxşı futbol oynamaqla, nəticə qazanmaqla onlara dəstək olmağa çalışacağıq. Rəqibi yaxşı analiz etmişik, oyunlarını izləmişik.

Dərk edirik ki, qrupun lideri ilə oynayırıq. Monteneqro millisi müdafiədə inamla oynasa da, son oyunlarda müəyyən boşluqlar buraxdı. Bizdə də rəqib qapısı qarşısında çətin anlar yaşadacaq futbolçularımız var. Baş məşqçinin verdiyi tapşırıqları tam yerinə yetirməliyik”.

Həmin kateqoriyadan