- Baxış sayı: 42
- 10 Avqust 2026 10:00
- Baxış sayı: 228
- Avqust 05, 2026
- 0

“Gəncə” basketbol klubu Əlibəy Məmmədli ilə razılıq əldə edib.
Allsport.az xəbər verir ki, 21 yaşlı basketbolçu ilə qarşıdakı mövsümün sonuna kimi müqavilə bağlanıb.
Ötən mövsümü “Naxçıvan”da kapitan statusunda keçirən 190 sm boya malik müdafiəçi Gəncə təmsilçisi üçün yad sima deyil. Məmmədli 2023/24 mövsümündə yerli komandanın şərəfini qoruyub.
U-18 və U-20 millilərimizin heyətinə cəlb olunmuş Əlibəy kişilərdən ibarət 3×3 basketbol yığmamızın üzvüdür.