- Baxış sayı: 58
- 22 Oktyabr 2026 22:58
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

“Bavariya” 2026/27 mövsümü öncəsi heyətini gücləndirib.
Allsport.az xəbər verir ki, Münhen təmsilçisi sabiq NBA oyunçusu Marjon Boçempi transfer edib.
25 yaşlı və 201 sm boya malik forvard Almaniya klubuna NBA-da keçirdiyi 4 mövsümdən sonra qoşulub. Amerikalı basketbolçu bu müddətdə liqada 155 matçda meydana çıxıb.
Boçempin NBA-da son klubu “Filadelfiya” olub. O, ötən mövsüm ikitərəfli müqavilə əsasında çıxış etdiyi komandada 14 oyuna çıxıb və orta hesabla 6,8 xal toplayıb.