Gənc stolüstü tennisçilərimiz Avropa birinciliyində 3-cü yer tutub

Gənc stolüstü tennisçilərdən ibarət millimiz  Xorvatiyada 46 ölkənin iştirak etdiyi Avropa birinciliyində 3-cü yeri tutub. Allsport.az saytı xəbər verir ki, yarımfinalda Rusiya millisinə məğlub olan tennisçilərimiz bürünc medala sahib olublar.

Yeniyetmə qızlarımız Çex Respublikasının yığmasına və Fransa millisinə qalib gələrək 9-cu olublar. Xorvatiya və Fransa komandalarını məğlub edən gənc qızlarımız isə 5-ci yeri tutublar. Azərbaycanın stolüstü tennis tarixində ilk dəfə olaraq bu cür nəticə göstərilib.

Gənclər arasında Avropa birinciliyi iyulun 17-dək davam edəcək. Qarşıda yeniyetmə və gəncləri şəxsi, qoşa və qarışıq qoşa proqramda mübarizə gözləyir.

Həmin kateqoriyadan