- Baxış sayı: 35
- 17 Sentyabr 2026 23:24
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0

“Barselona”nın futbolçusu Dani Olmonun sevgilisi Laura Abla maraqlı paylaşımı ilə gündəmə gəlib.
Allsport.az xəbər verir ki, alman model sevdiyi futbolçuya dəstəyini qeyri-adi geyimi ilə nümayiş etdirib.
Laura Abla üzərində Dani Olmonun uşaqlıq fotosu çap olunmuş ağ köynək geyinərək diqqət çəkib. Onun bu seçimi sosial şəbəkələrdə azarkeşlərin marağına səbəb olub.
Qeyd edək ki, Dani Olmo həm “Barselona”, həm də İspaniya millisinin əsas oyunçularından biri hesab olunur.


