Güney azərbaycanlı son dünya çempionu ölkəmizin şərəfini qorumaq istəyir

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam”. Allsport.az saytı xəbər verir ki, ümummilli liderin bu kəlamını idman sahəsində özünə şüar seçənlər kifayət qədərdir. Bəzi idmançılar var ki, harada olsalar da, ürəkləri Azərbaycan eşqi ilə döyünür.

Onlardan biri, soydaşımız, bodibildinq üzrə ağır çəkidə dünya və Asiya çempionu Məzahir Təbanidir. İranlı idmançı 2017-ci ildə İspaniyada dünya çempionatında 3-cü yer tutub. 2019-cu ildə isə Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə şəhərində eyni yarışda baş mükafatı qazanıb.

Pandemiya səbəbi ilə bu, keçirilmiş sonuncu dünya çempionatı oldu. Onun menecerləri – Rza AtazadəSeyid Hadi Ərəbinin olimpsport.az-a verdikləri məlumata görə, BƏƏ, Qətər kimi dünyanın bir çox ölkələrindən həmin ölkələri təmsil etmək üçün təkliflər, dəvətlər alsa da, dünya şöhrətli idmançı Azərbaycanı təmsil etmək istəyir.

Bundan əlavə, 2-ci Vətən müharibəsindəki zəfər və qələbə də soydaşlarımızda yüksək ruh yaradıb. Yazının əvvəlində qeyd etdiyimiz şüarı əsas tutan 30 yaşlı idmançı Azərbaycan bayrağı altında çıxış etməyi şərəf hesab edir.

Həmin kateqoriyadan