- Baxış sayı: 56
- 25 İyun 2026 18:26
- Baxış sayı: 122
- İyun 25, 2026
- 0

Azərbaycan karateçisi İrina Zaretska 2-ci dəfə dünya çempionu olması ilə bağlı paylaşım edib.
Allsport.az xəbər verir ki, BƏƏ-nin Dubay şəhərində keçirilən mundialda qızıl medal qazanan təmsilçimiz bu uğurunu inanılmaz hesab edir.
3 il əvvəl İspaniyanın paytaxtı Madriddə dünya çempionluğunu ilk dəfə bayram edən Zaretska titulunu qoruması ilə bağlı yazıb: “Və… Hələ də dünya çempionuyam. İnanılmazdır”.
Zaretska bu il Tokioda keçirilən yay olimpiya oyunlarının gümüş mükafatçısı olub.