Həmyerlimiz növbəti dəfə Avropa karate federasiyasının icraiyyə komitəsinə seçilib

Avropa karate federasiyasının icraiyyə komitəsinin üzvü Yaşar Bəşirov növbəti 4 il müddətində bu vəzifədə fəaliyyətini davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, o, Xorvatiyanın Poreç şəhərində EKF-in konqressində, təşkilatın 53 üzv ölkəsindən yığıncağa qatılan 43 dövlət nümayəndələri arasında seçkidə böyük üstünlüklə qalib gəlib.

Rəsmi toplantının gündəliyinə keçməzdən qabaq, bir müddət əvvəl dünyasını dəyişmiş Türkiyə karate federasiyasının prezidenti və EKF-in icraiyyə komitəsinin üzvü olmuş Əsəd Dəlihəsənin xatirəsi anılıb. 

Yığıncaqda bu ilin avqustunda Finlandiyanın Tampere şəhərində, 2022-ci ildə isə Çex Respublikasının paytaxtı Praqada yeniyetmə və gənclərin Avropa çempionatının, eləcə də gələn il Türkiyənin Qazientəp şəhərində böyüklərin qitə çempionatının rəsmi təqdimatı nümayiş olunub. 2020/2021-ci lin maliyyə hesabatı, 2021/2022-ci ilin büdcəsi və EKF idman komissiyasının məruzəsi dinlənilib.  

EKF prezidenti Antonio Espinos təşkilatın idaredici orqanına yeni seçilən üzvləri təbrik ediərək onlara uğurlar arzulayıb. 

Həmin kateqoriyadan