Həsən Əliyev olimpiya çempionlarından güc almaq istəyir

Gələn il Avropa çempionatı və Bakı-2015-də baş mükafata sahib çıxmaqla yenidən özünü sübut etmək istəyən Həsən Əliyev, 4 il davam edən «qızıl həsrəti» tilsimini qırmaq üçün yollar arayır.

Allsport.az saytı xəbər verir ki, ayın əvvəlində Fransa – Azərbaycan güləş komandaları arasında keçirilmiş dostluq görüşündə millidə yer alan dünya və qitə çempionu, fürsət tapıb güləş qəhrəmanları – Namiq Abdullayev və Fərid Mansurovla şəkil çəkdirib.

Həsən Əliyev tən ortada əyləşərək, hər əlini ünlü pəhləvanımızın bir çiyninə qoyub, onlara dərin sevgi nümayiş etdirib. Görünür, titullu bahadırımız bu yolla həm də Sidney və Afina Olimpiadalarının qaliblərindən güc almaq istəyir.

Həmin kateqoriyadan