- Baxış sayı: 43
- 25 Avqust 2026 17:21
- Baxış sayı: 74
- Avqust 25, 2026
- 0


Dünya güləş birliyinin İnstaqram hesabında dünyanın ən güclü 16 sərbəst güləşçisi arasında virtual yarış keçirilir. Allsport.az xəbər verir ki, onlayn turnirdə ən çox səs toplayan güləşçi qalib olacaq.
3-qat dünya və 3-qat Avropa çempionu Hacı Əliyev 1/8 finalda gürcüstanlı dünya çempionu Geno Petriaşvilini (125 kq) səsvermədə üstələyib.
29 yaşlı güləşçimizin 1/4 finaldakı rəqibi isə İtaliyanın dünya çempionu Frank Çamizodur.