“Hacızadə” və “Buta gənclər” idman klubları Sumqayıtda tədbir keçirib

“Hacızadə” idman klubu və “Buta gənclər” idman klubunun birgə təşkilatçılığı ilə 2022-ci ilin yekunlarına tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda bir sıra fəxri qonaqlar iştirak ediblər.

Onların sırasında 6-qat dünya, 12-qat Avropa çempionu, olimpiya oyunlarının mükafatçısı Rafael Ağayev, Milli Karate Federasiyasının Sumqayıt şəhər üzrə nümayəndəsi Akif Kərimov, “Arpaçay” İdman Birliyinin Prezidenti Yavər Hüseynov, WKF növü üzrə Beynalxalq dərəcəli hakim Vüqar Kərimov, “Arpaçay” Karate klubunun vitse-prezidenti Cavid Əliyev, Sumqayıt Karatesinin ağsaqqalları Yəhya Əliyev, Vəli Musayev, İsa Qasımov yer alıbar.

Təşkilatçılar bu tədbirin ərsəyə gəlməsində əməyi olan tələbələrə, onların valideynlərinə və məşqçi kollektivnə – Pərviz Quliyev, Elnurə Ağayeva, Elnur Əliyev, Kamran Şirinzadə və Orxan Heydərli – öz minnətdarlığı bildirir.

Həmin kateqoriyadan