Hakim qərəzi istedadlı karateçimizin finala çıxmasını əngəlləyib

İstanbulda karatenin şotokan növü üzrə beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda çıxış edən 8 yaşlı Rafael Zeynalov 30 kq çəkidə 30 iştirakçı arasında 1/2 finala çıxıb.

Döyüş zamanı həmyerlimiz üstün olsa da, türkiyəli hakimlərinin qərəzi üzündən, 0:0 bitən görüşdə qələbə yerli idmançıya verilib.

Bu ay Bakıda keçirilmiş dünya kubokunun finalçısından müəllimləri Orxan Şabanov və Əli Rəcəbov razıdırlar. Mütəxəssislər “Qara qaplan” klubunun istedadlı karateçisindən gələn il daha uğurlu çıxış edəcəyinə inanırlar.

Həmin kateqoriyadan