- Baxış sayı: 33
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 274
- Oktyabr 25, 2026
- 0

FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, o, qadınlar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 4-də keçiriləcək Gürcüstan – Kipr oyununu idarə edəcək. “C” liqasının I qrupunun matçında ona Sevda Nuriyeva və Gülnurə Əkbərzadə köməklik edəcəklər. Əli Əliyev isə qarşılaşmanın dördüncü hakimi olacaq.
Tiflisdə “Mixeil Mesxi II” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.