Hakimlər təyinatları bəlli oldu, amma mərkəzi oyunun harada keçiriləcəyi dəqiqləşməyib

Topaz Premyer Liqasının 6-cı turunun oyun cədvəli, eləcə də matçlar üçün bütün təyinatlar müəyyənləşib. Allsport.az sizi növbəti turun proqramı və təyinatları ilə tanış edir.

Qeyd edək ki, hələlik “Qarabağ” – “Neftçi” görüşünün yeri və vaxtı dəqiqləşməyib. Ağdam klubu rəqibini yeni inşa etdirdiyi arenada qəbul etmək istəsə də, Peşəkar Futbol Liqası hələ buranı Azərbaycan derbisinə ev sahibliyi etməyə hazır saymır. Bu üzdən də istisna deyil ki, “Qarabağ” – “Neftçi” görüşü “Dalğa Arena”da keçirilsin.

Topaz Premyer Liqası
6-cı tur
25 sentyabr (cümə)

“İnter” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Vüsal Əliyev.
Bakı. “İnter Arena”, 19:00.

“Rəvan” – “Qəbələ”
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Rahil Ramazanov, Mehman Mahmudov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Bayıl Arena”, 20:00.

26 sentyabr (şənbə)

“Qarabağ” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Knyaz Əmiraslanov.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Gülağa Cabarov.

“Sumqayıt” – AzAL
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Vüsal Qənbərov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”, 19:00.

27 sentyabr (bazar)

“Xəzər Lənkəran” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, İsgəndər Əliyev, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
“Xəzər Lənkəran” mərkəzi stadionu, 21:00.

Həmin kateqoriyadan