Hakimlər və məşqçilər üçün seminar

Karate federasiyasında hakimlər və məşqçilər üçün növbəti nəzəri seminar keçirilib. Allsport.az xəbər verir ki, tədbirdə respublikanın müxtəlif bölgələrindən hakim və məşqçilər iştirak ediblər. Seminarda çıxış edən federasiyanın prezidenti Yaşar Bəşirov yarışların keçirilməsində və milli komandanın heyətinə üzvlərin seçilməsində hakimlərin işinin əhəmiyyətini vurğulayıb.

Yeniyetmə və gənclər milli komandasının baş məşqçisi Anar Allahverdiyev heyət üzvlərini təyin etmək üçün qaydalarda yeniliklər barədə məlumat verib.

Hakimlər komitəsinin sədri Cahangir Babayevin rəhbərliyi ilə nəzəri seminarda dünya karate federasiyasının yarış qaydalarında dəyişiklik və əlavələr milli dərəcəli hakimlər və klub məşqçilərinin diqqətinə çatdırılıb.

Həmin kateqoriyadan