- Baxış sayı: 12
- 08 İyul 2026 21:49
- Baxış sayı: 257
- İyul 08, 2026
- 0

Misir millisinin hücumçusu Məhəmməd Salah DÇ-2026-nın 1/8 finalında Argentina yığmasına 2:3 hesabı ilə uduzduqları oyundan sonra fikrini bölüşüb. Allsport.az xəbər verir ki, 34 yaşlı cinah oyunçusu matçın hakim idarəçiliyindən narazı qalsa da, bu barədə geniş danışmaq istəməyib:
“Hakimliklə bağlı danışmağa üstünlük vermirəm. Hamı nə baş verdiyini gördü. Əvvəlcə onu deyim ki, bu, Allahın iradəsi idi. Matçın taleyi və nəticəsi belə yazılmışdı. İlk hissədə, eləcə də ikinci hissənin böyük bölümündə yaxşı çıxış etdik. Bir neçə kiçik səhvə yol verdik. Qolumuz qeydə alınmadı, üstəlik xeyrimizə penalti də verilmədi. Bundan dərhal sonra rəqib əks-hücuma çıxaraq qol vurdu”.
Təcrübəli futbolçu baş məşqçinin komandanın turnirdəki çıxışını yüksək qiymətləndirdiyini də vurğulayıb: “Məşqçimiz bu turnirdə keçdiyimiz yola görə bizi təbrik etdi. O, daha irəli getməyimizi istəyirdi. Lakin bu, Allahın iradəsi idi. Mundialda qazandıqlarımızın üzərində gələcəyimizi quracağıq və inşallah, qarşıdakı dövr daha uğurlu olacaq”.
Misir millisi görüşün 78-ci dəqiqəsinə qədər 2:0 hesabı ilə öndə olsa da, sonda Argentinaya 2:3 hesabı ilə məğlub olaraq dünya çempionatı ilə vidalaşıb.