Handanoviç “İnter”lə yollarını ayırıb

“İnter” qapıçı Samir Handanoviçin müqavilə müddəti bitdiyi üçün klubdan ayrıldığını açıqlayıb. 

Allsport.az xəbər verir ki, 38 yaşlı sloveniyalı 11 illik çıxışından sonra Milan komandasını tərk edib.

“Əcnəbi futbolçular arasında oyunların sayına görə “A” seriyası tarixində 2-ci yeri (455 oyun) tutan sloveniyalı qapıçı üçün bu, tarixi və nüfuzlu nailiyyət idi. Bu siyahıda ondan yalnız Xavyer Zanetti öndədir (615 oyun).

O, 2020/21 mövsümündə “İnter”lə iki dəfə İtaliya kubokunu və iki dəfə İtaliya superkubokunu qazanıb.

“İnter” azarkeşləri Handanoviçə ən yaxşısını arzulayır və onun gördüyü hər şeyi yüksək qiymətləndirirlər” – Milan klubunun mətbuat xidməti sosial şəbəkədə yazıb.

Həmin kateqoriyadan