- Baxış sayı: 53
- 08 May 2026 16:02
- Baxış sayı: 133
- May 08, 2026
- 0

“Şüa” idman-sağlamlıq kompleksində ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50-illiyi münasibəti ilə stolüstü tennis turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, “İlhamlı qələbələr” adlı yarışda jurnalistlər, incəsənət nümayəndələri və tanınmış şəxslər iştirak ediblər.
Kişilərin rəqabətində Rəşad Cavadov (“Sportsman” jurnalı) 1-ci, Fərəməz Bağırov (“Azərtac” agentliyi) 2-ci və Əməkdar artist Səlim Abbasov 3-cü yerləri tutublar. Qadınlarda Məhluqə Nəsirova (Brendsport.az), Gülzar İbrahimova (“Sehirli dünya” uşaq jurnalı) və Jalə Paşayeva (Brendsport.az) müvadiq olraq ilk 3-lükdə qərarlaşıblar.
Stolüstü tennis federasiyasının dəstəyi, “Brendsport.az saytının təşkilatçılığı ilə baş tutan turnirin qalib və mükafatçılara diplom və qiymətli hədiyyələr təqdim olunub.