Heydər Əliyevin xatirəsinə stolüstü tennis yarışı keçirilib

Şabranda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə stolüstü tennis üzrə açıq rayon birinciliyi keçirilib.

Allsport.az saytı xəbər verir ki, yarış iştirakçıları mərhum prezidentinbu rayonda abidəsini ziyarət edib, onun əziz xatirəsinə ehtiramlarını bildiriblər. Ardınca start verilən açıq rayon birinciliyində 5 şəhərin 100-dən çox idmançısı bacarığını göstərib.

Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən “Şabran-1” komandası 1-ci, “Bakı” 2-ci, “Şabran-2” 3-cü yer tutub. Fərqlənən komandalar kubok və diplomlarla mükafatlandırılıb.

Həmin kateqoriyadan