Hummels “arılar”ın tarixinə düşdü

Dortmund “Borussiya”sının mərkəz müdafiəçisi Mats Hummels klub rekordçusuna çevrilib.

Allsport.az xəbər verir ki, 34 yaşlı futbolçu bundesliqada “Hoffenhaym”la matçda “arılar”ın heyətində yer alıb. Qarşılaşma Dortmund təmsilçisinin qələbəsi ilə başa çatıb – 3:1. 

Hummels Almaniya çempionatında “Borussiya”nın heyətində qələbə sayına görə Mixael Zorkun rekordunu təkrarlayıb – 206. Üstəlik, diqqətçəkən məqam isə odur ki, bu göstəriciyə nail olmaq üçün mərkəz müdafiəçisi cəmi 347 matç keçirib. Keçmiş rekordçu  bunun üçün 463 matçda iştirak etməli olub.

Həmin kateqoriyadan