İcra başçısı zəngilanlı karateçilərlə görüşüb

Zəngilan rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov bu il yüksək nəticələr göstərmiş tanınmış Zəngilan karateçiləri Asiman QurbanlıNuran Rzazadəni qəbul edib. Allsport.az saytı xəbər verir ki, görüşün sonunda idmançılar qiymətli hədiyyə və Fəxri fərmanla mükafatlandırılıblar.  

Adı ilk çəkilən idmançı karate1 premye liqasının Lissabon turnirində 2-ci, İstanbul və Moskvada 3-cü olub, Xorvatiyada Avropa çempionatının və Birləşmiş Ərəb Əmirliklərində dünya çempionatının komanda yarışlarında bürünc medal qazanıb. 

Vətən müharibəsi şəhidi, zabit Həsən Rzazadənin qardaşı, gənc və perspektivli idmançı Nuran Rzazadə Xorvatiyada dünya kubokunun gümüş mükafatçısı və 1-ci MDB oyunlarının bürünc medalçısı olub. 

Həmin kateqoriyadan