İdmançılar kəndində olimpiyaçılarımızla görüş

Bu gün Milli Məclisinin Sədri Oqtay Əsədov, baş nazirin 1-ci müavini Yaqub Eyyubov, Heydər Əliyev fondunun vitse-prezident Leyla Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev və nümayəndə heyətinin digər üzvləri Avropa oyunlarında iştirak edən komandamızla görüşüblər.

Allsport.az saytı xəbər verir ki, İdmançılar kəndində keçirilən görüşdə nümayəndə heyətinin üzvləri idmançılarla söhbət edib, onlara Minsk-2019-da uğurlar arzulayıblar.

Sonra yaradılan vəziyyətlə tanışlıq olub. İdmançılar kəndinin meri Sergey Rudı idmançıların yerləşdirilməsi, yaradılmış şərait barədə məlumat verib. O, oyunların təşkilində azərbaycanlı mütəxəssislərin də xidmətindən istifadə olunduğunu vurğulayıb.

İkinci Avropa oyunlarının işıqlandırılması üçün Belarus paytaxtına ezam olunan Azərbaycan jurnalistlərinə müsahibə verən Leyla Əliyeva idmançılarımızın uğur qazanacaqlarına ümid etdiyini bildirib. Sonda xatirə şəkli çəkdirilib.

Həmin kateqoriyadan