İdmançılarımız mas-reslinq üzrə dünya kubokunda 2 medal qazandı

İdmançılarımız Polşanın Pabyanitse şəhərində mas-reslinq üzrə dünya kuboku turnirində iştirak ediblər.

Allsport.az xəbər verir ki, yarışda ölkəmizi Cahangir Yaqubov (105 kq) və Camal Feyziyev (125 kq) təmsil ediblər. Hər iki idmançımız gümüş medalla kifayətlənib.

Turnirdə 21 ölkədən 150 idmançı iştirak edib.

Həmin kateqoriyadan