Türkiyədə 6 medal qazandılar

Ankarada uşu üzrə beynəlxalq “İpək Yolu” açıq Balkan turnirində 6 medal qazanılıb. Allsport.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Amal Məmmədov (40 kq), Bahadur Əhmədov (56 kq) və Hüseyn Şimiyev (85 kq+) qızıl medal qazanıblar.

Elmir Əliyev (45 kq) və Rüfət Ramazanlı (60 kq) isə gümüş medalla kifayətləniblər. Mehdi Salmanov (70 kq) isə yarımfinal mərhələsində məğlub olsa da, bürünc medalı qazana bilib.

Azərbaycan komandası yarışda məşqçi Rəşad İsayevin rəhbərliyi altında mübarizə aparıb.

Həmin kateqoriyadan