“İdmanda nutrisiologiya” mövzusunda təlim

Dövlət bədən tərbiyəsi və idman akademiyasının elmi-tədris laboratoriyasında Böyük Britaniyanın “Mançester Yunayted” futbol klubunun qidalanma üzrə məsləhətçisi, nutrisioloq Mark Ellison tərəfindən “İdmanda nutrisiologiya” mövzusunda təlim keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda akademiyanın elmi-tədris laboratoriyasının və tibbi-bioloji elmlər kafedrasının əməkdaşları ilə yanaşı, dietoloqlar, tibb işçiləri və məşqçilər də iştirak ediblər.

Təlim zamanı nutrisiologiyanın əsasları, qidalanmanın məşqə uyğunluğu, əlavə qidalar, idmançıların sağlamlıq və immunitet göstəriciləri, onların zədə zamanı davranışları, orqanizmin su balansına nəzarət, çəkinin idarə olunması və azaldılması üsulları kimi məsələlərə geniş yer ayrılıb. Həmçinin, gələcəkdə akademiyada idmanda nutrisiologiya üzrə tədrisin təşkil olunması ilə bağlı müzakirələr də aparılıb.

Həmin kateqoriyadan