İFAB-dan VAR etirafı

İFAB-dan VAR etirafı

Beynəlxalq futbol assosiasiyaları şurası (İFAB) VAR sistemi ilə bağlı yeni izahat yayıb. Allsport.az xəbər verir ki, açıqlama DÇ-2026-nın 1/4 finalında İsveçrə – Argentina matçında Bril Embolonun qırmızı vərəqə almasının qaydalara uyğun olmadığını göstərib.

Həmin görüşdə baş hakim Joau Pinyeiru əvvəlcə argentinalı Leandro Paredesi isveçrəli futbolçuya qarşı kobud oyuna görə sarı vərəqə ilə cəzalandırmışdı. Lakin VAR-a baxdıqdan sonra qərarını dəyişərək İsveçrə millisinin hücumçusuna simulyasiyaya görə sarı vərəqə göstərmişdi. Bu, Embolo üçün ikinci xəbərdarlıq olduğundan o, meydandan qovulmuşdu.

İFAB-ın açıqlamasında vurğulanıb ki, VAR ilk sarı vərəqə ilə bağlı epizodlara müdaxilə edə bilməz. Yalnız xəbərdarlıq alan futbolçunun kimliyinin müəyyənləşdirilməsi zərurəti yaranarsa, videoköməkçi hakim prosesə qoşula bilər.

Beləliklə, İFAB-ın yeni izahı Joau Pinyeirunun həmin epizodda VAR-a əsaslanaraq qərarını dəyişməsinin oyun qaydalarına uyğun olmadığını ortaya qoyub.

Həmin kateqoriyadan