- Baxış sayı: 43
- 19 Aprel 2024 19:58
- Baxış sayı: 45
- Aprel 18, 2024
- 0
2004-2006-cı illərdə “Real”ın basketbol komandasını çalışdırmış serbiyalı Bojidar Malykoviç maraqlı hadisə danışıb. Allsport.az xəbər verir ki, o, həmini dönəm futbol komandasının braziliyalı ulduzu Ronaldonun serbiyalı qadınlara olan marağından söz açıb:
“Serbiyadan Madridə 2 xanım jurnalist – Maya Mandjuka və Miya Zeçeviç gəlmişdilər. Onlar müsahibədən sonra Ronaldo ilə şəkil çəkdirmişdilər. Qızlara vurulan Ronaldo onların nömrələrini məndən istədi. Onları Ronaldodan xilas etmək üçün çətinlik çəkdik, amma bacardıq. Ronaldo çox israr edirdi. Ona dedim ki, sən normalsan? Bildirdim ki, atam Zeçeviçin atası ilə dostdur, sənə necə nömrə verim ki?”