- Baxış sayı: 44
- 03 Avqust 2026 23:44
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0
Ölkə başçısı İlham Əliyev Avropa yeniyetmələr olimpiya festivalında fərqlənən idmançıları və onların məşqçilərinin mükafatlandırıb. Allsport.az saytı xəbər verir ki, sərəncamla paytaxtda təşkil olunan tədbirdə yer tutanlar aşağıdakı məbləğdə pul alacaqlar:
1-ci yeri tutan hər bir idmançı – 10 000 manat, onun şəxsi məşqçisi – 5000 manat;
2-ci yeri tutan hər bir idmançı – 7000 manat, onun şəxsi məşqçisi – 3500 manat;
3-cü yeri tutan hər bir idmançı – 5000 manat, onun şəxsi məşqçisi – 2500 manat;
Komandanın baş məşqçisi – idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).