- Baxış sayı: 17
- 07 Sentyabr 2026 12:28
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

“İnter”in kapitanı Lautaro Martines “A” seriyasının 3-cü turunun “Napoli”yə qarşı matçında dubl edib.
Allsport.az xəbər verir ki, argentinalı hücumçu Milan klubunun İtaliya çempionatındakı ən yaxşı bombardirlərinin reytinqində 3-cü pilləyə yüksəlib.
Martinesin qolları “İnter”ə 3:2 hesablı qələbə qazanmağa kömək edib. 27 yaşlı forvard 56-cı dəqiqədə komandasının hesabda fərqi azaltmasını təmin edib, 90+1-ci dəqiqədə isə qələbə qolunu vurub.
Lautaro üçün bu qollar “İnter”in heyətində “A” seriyası çərçivəsində 133-cü və 134-cü olub. Argentina millisinin üzvü macarıstanlı forvard İştvan Nyerşlə bərabərləşib və siyahıda 3-cü yeri onunla bölüşdürüb.
”İnter”in “A” seriyasındakı ən yaxşı bombardirləri:
Cüzeppe Meatsa — 197 qol
Benito Lorentsi — 138 qol
Lautaro Martines — 134 qol
İştvan Nyerş — 134 qol