İlk dəfə uşaqlar, yeniyemələr və gənclər arasında açıq çempionat

24-25 iyunda Bakı İdman Sarayında uşaqlar, yeniyemələr və gənc karateçilər arasında 1-ci açıq çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ilk günfə 6-7 yaşlı və 8-9, 10-11, 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında fərdi kumite, ertəsi gün isə eyni yaş dərəcələrində fərdi kata və komandalar arası kumite yarışı təşkil olunacaq.

Turnirin açılışı şənbə günü saat 17:00-də başlayacaq. Ardından isə komanda yarışlarının finalları keçiriləcək. “Arpaçay” Karate Klubunun prezidenti Yavər Hüseynovun bidirdiyinə görə, bu idman növünün Azərbaycanda kütləviliyinin artması baxımından yarış əsasən uşaqlar arasında keçirilir. O, mərkəzin AMKF-lə birgə təşkil etdiyi İ açıq çempionatda ölkənin müxtəlif bölgələrindən 50-dək klub iştirak edəcəyini deyib.

Naxçıvan Muxtar Respublikasını isə ilk dəfə olaraq iki klub təmsil edəcək. Y.Hüseynov həmçinin onu da qeyd edib ki, “Arpaçay” İdman Klubu komanda döyüşlərində yer tutan idmançılarına pul mükafatları da təsis edilib. Bundan başqa yarışın ümumi nəticəsinə əsasən 3 kluba kubok və ən yüksək nəticə göstərən komandaya pul mükafatı təqdim olunacaq. Yarış federasiyanın rəsmi internet saytında və sosial şbəkələrdə canlı internet video yaymla təqdim ediləcək.

Həmin kateqoriyadan