İlk gündə 2 qızıl və 1 bürünc medal

Azərbaycan karateçiləri ilə uğurla başlayıblar. Allsport.az saytı xəbər verir ki, yeniyetmələrdən ibarət seçmə komandamız Samobor şəhərində Xorvatiya qran-prisinin ilk günündə 2 qızıl və 1 bürünc medal qazanıb.

Fərid Ağayevlə (52 kq) Fidan Dadaşova (47 kq) çempion olub.lar Tale Yaqubov (63 kq) 3-cü yerlə kifayətlənib. Perspektivli idmançı Ayla Rzazadə (+54 kq) bürünc mükafat uğrunda görüşdə minmal hesabla məğlub olaraq 5-ci yeri tutub.

Şənbə günü 16-20 yaşlı gənclər arasında kumite yarışlarının nəticələri məlum olacaq. Bazar günü müxtəlif yaş qruolarında kata yarışları keçiriləcək. Qran-Pri fevralın əvvəlində Rusiyada Avropa çempionatına hazırlıqdır.

Həmin kateqoriyadan