- Baxış sayı: 31
- 25 Aprel 2024 19:00
- Baxış sayı: 46
- Aprel 23, 2024
- 0
Bu gün Türkiyənin Samsun şəhərində taekvondoçular arasında beynəlxalq qran-pri turniri start götürüb. Allsport.az saytı xəbər verir ki, Yaşar Doğu İdman Zalında təşkil olunan yarış olimpiya çəkiləri üzrə keçirilir və Rio-2016-ya lisenziya xalları verir.
Xəbər verdiyimiz kimi, bu rəqabətdə millimiz də mübarizə aparır. Baş məşqçi Rza Mehmandostun rəhbərliyi ilə bizdən 4 dayanq ustası çıxış edir.
İlk yarış günündə 2 idmançımız döyüşə çıxıb. Radik İsayev (+80) 1/16 finalda Arazın o tayından olan Marşall Armana 2:5 hesabı ilə məğlub olub.
Fəridə Əzizova (67 kq) startda iranlı Şükrəneh İzadini üstələsədə (1:0), türkiyəli İrəm Yamana uduzub – 0:1. Sabah Patimat Abakarova (49 kq) mübarizəyə qoşulacaq. Birisigün Ayxan Tağızadə (68 kq) bəxtini sınayacaq.