- Baxış sayı: 216
- 07 Avqust 2026 10:39
- Baxış sayı: 123
- Avqust 10, 2026
- 0

Bakı idman sarayında badmintonçuların mübarizəsi başlayıb. Allsport.az saytı xəbər verir ki, Orxan Qələndərov təsnifatda ilk görüşdə maltalı Metyu Abelaya 2:0 (21-14, 21-13) qalib gəlib. Digər təmsilçimiz Ezmi Qovimuramadhoni ilk rəqabətdə iranlı Əlirza Kərəmidən üstün olub – 2:0 (21-13, 21-17). Növbəti qarşılaşmada bizimkilər uduzublar.
Cahid Əlhəsənov, Səbuhi Hüseynov, Vaqif İsmayılov, Rəvan Niftəliyev, Zaur İsazadə və Aqil Qəbilov siftədən yeniliblər.
Qoşada Adəm Əliyev-Vaqif İsmayılov və Orxan Qələndərov-Kənan Rzayev cütləri üzülüblər.
Qadınlarda Adilə Mehtiyeva və Nigar Əliyeva məğlub olublar. Qarışıq-qoşada Cahid Əlhəsənov-Nigar Əliyeva türkiyəli rəqibləri ilə bacarmayıblar. Ümumi mükfat fondu 25 min ABŞ dolları olan turnirdə 39 ölkədən 248 nəfər çıxış edir.