İllik toplantıda yenidən vitse-prezident seçildi

Avropa badminton konfederasiyası nümayəndə heyətlərinin növbəti illik virtual görüşü keçirilib. Allsport.az xəbər verir ki, artıq ikinci ildir ardıcıl olaraq nümayəndə heyətlərinin illik görüşü onlayn formatda təşkil edilib.

Qurum prezidenti Peter Tarkala və baş katib Brayan Agerbak nümayəndə heyətlərinin illik, 54-cü görüşündə tədbir iştirakçılarını onlayn şəkildə salamlayıb.

41 nümayəndə heyətinin iştirakı ilə keçirilən iclasda Tarkala pandemiya dövründə badminton oynamağın mümkünlüyü üzərində işləyən nümayəndə heyətlərinə təşəkkür etməklə yanaşı onları ötən il olduğu kimi böyük iş görməyə davam etməyə ruhlandırıb. İclasda iştirakçılar 2021-2024-cü illəri əhatə edəcək strateji planla bağlı məlumatlandırılıb. Nümayəndə heyətlərinə strateji planın mənzərəsi, məqsədi, dəyərləri və prioritetləri təqdim olunub.

Nümayəndə heyətlərinin görüşündə iştirakçılar Andrey Antropovu 2021-2025-ci illər üçün yenidən Avropa badminton konfederasiyasının vitse-prezidenti vəzifəsinə seçiblər. Qurumun nümayəndə heyətlərinin növbəti görüşü 2022-ci ildə Maltanın paytaxtı Valletta şəhərində keçiriləcək.

Həmin kateqoriyadan