“İnanıram ki, səhvlərimizdən dərs götürüb, bu dəfə yaxşı çıxış edəcəyik”

Millətlər liqasında sabah Qazaxıstan – Azərbaycan oyunu öncəsi “ay-ulduzlular”ımızın mətbuat konfransı olub. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Canni de Byazi rəqiblə görüş barədə bunu deyib:

“İnanıram ki, budəfəki Millətlər Liqası fərqli olacaq. Artıq özüm üçün heyəti müəyyənləşdirmişəm. Gələcəkdə bu komandaya düşəcək oyunçular var. Hazırda ən hazır futbolçular milliyə dəvət olunub. Yeni turnirə başlayırıq.

İnanıram ki, səhvlərimizdən dərs götürüb, bu dəfə yaxşı çıxış edəcəyik. Çünki komandamın buna potensialı var .Güclü qrupda yer almışıq. Slovakiya qrupun aşkar favoritidir. Digər 3 komanda hər xal üçün mübarizə aparacaq.

Maksimum xallar toplamağa çalışacağıq. Düşünürəm ki, qazonun süni olması problem olmamalıdır. Azərbaycanda da bu cür meydançalar var. Əsas çatışmazlıq kimi təqvimin sıx olmağını qeyd edə bilərik. Çünki oyunlar üç gündən bir olacaq”.

Həmin kateqoriyadan