- Baxış sayı: 25
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, 1/4 final mərhələsində ingilislər İsveçrə futbolçularıilə qarşılaşıb.
Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Matçda hesab 75-ci dəqiqədə açılıb – Brel Embolo sağ cinahdan ötürməni tamamlayaraq topu tora göndərib.
“Dumanlı albion”lular 80-ci dəqiqədə geriliyi aradan qaldırıblar. Bukayo Saka uzaq məsafədən gözəl zərbə vurub.
Komandalar əlavə vaxtda qol vura bilməyiblər. Penaltilər sıralamasında ingilislər daha yaxşı çıxış ediblər – 5:3.