- Baxış sayı: 27
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0

İngiltərə millisi Dünya Kubokunun 1/32 final mərhələsində Konqo Demokratik Respublikasını məğlub edib. Allsport.az saytı xəbər verir ki, oyun ABŞ-ın Atlanta şəhərində baş tutub və avropalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Brayan Sipenqa hesabı 7-ci dəqiqədə açıb. 2-ci yarının ortalarına kimi nəticə dəyişməyib. Lakin Harri Keynin 75-ci, 86-cı dəqiqələrdə vurduğu qollar İngiltərənin qələbəsini təmin edib.
“Dumanlı Albion” təmsilçisi 1/8 finalda Meksika ilə qarşılaşacaq. Görüş 6 iyulda keçiriləcək.