- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

Bu yay Albaniyanın “Eqnatia” klubuna keçən Vüsal İsgəndərli karyerasının ən maraqlı günlərini yaşayır. Allsport.az saytı xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bir ay öncə konfrans liqası çərçivəsində İrəvanda “Ararat-Armenia”ya qarşı çıxış edib.
Azərbaycan millisinin keçmiş üzvü dünən İtaliyada meydana çıxıb. Onun klubu yoldaşlıq görüşündə Milan “İnter”i ilə üz-üzə gəlib. Hesab 2:2 olarkən, 75-ci dəqiqədə oyuna daxil olan həmyerlimiz, sonradan komandasının 2:4 hesablı məğlubiyyətinə əngəl ola bilməyib.