“İnter” AzAL, “Zirə” “Rəvan” üzərində qələbəyə sevindi

Bu gün Topaz Premyer Liqasında 5-ci turun oyunlarına start verilib. Allsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Turun açılış günü iki paytaxt derbisinə səhnə olub. AzAL öz meydanında “İnter”i qəbul edib. Görüş qonaq komandanın minimal hesablı qələbəsi ilə başa çatıb.

Günün digər derbisində isə “Zirə” “Rəvan”la üz-üzə gəlib. Bu görüşdə də çempionatın debütantı 3 xalı bayram edən tərəf olub.

Topaz Premyer Liqası
5-ci tur
19 sentyabr

AzAL – “İnter” – 0:1 (0:1)
Qol: N.Hacıyev, 16 (0:1).
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov.
Bakı. “Dalğa Arena”.

AzAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 28. Müşfiq Teymurov, 14. İlqar Ələkbərov, 8. Seymur Əsədov (k), 21. Murad Səttarlı, 10. Nuqzar Kvirtiya, 7. Tərlan Xəlilov, 19. Məhəmməd Bədəlbəyli.
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 4. Qvanzan Maqomedov, 6. Tagim Novruzov, 9. Aydın Qasımov, 11. Ruslan Nəsirli, 20. İsmayıl İbrahimli, 27. Aleksandr Quruli.
Baş məşqçi: Tərlan Əhmədov.
“İnter”: 79. Georgi Lomaya (k), 5. Denis Silva, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 14. Zurab Xizanişvili, 19. Mirhüseyn Seyidov, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 23. Dieqo Martins, 24. Fuad Bayramov, 30. Abbas Hüseynov.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 3. Xuan Fransisko, 10. Elnur Abdullayev, 15. Stepan Polyak, 17. Mirsahib Abbasov, 18. Mənsur Nəhavəndi, 88. Abdulla Abatsiyev.
Baş məşqçi: Zaur Svanadze.

“Zirə” – “Rəvan” – 2:1 (2:0)
Qollar: R.Abdullayev, 13-pen. (1:0). Y.Krneta, 24 (2:0). T.Qürbətov, 63 (2:1).
Qırmızı vərəqə: M.Çimezi, 82.
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Nahid Əliyev, İsgəndər Əliyev.
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Ömər Paşayev.
Zirə İdman Kompleksinin stadionu.

“Zirə”: 1. Anar Nəzirov, 37. Yovan Krneta, 39. Sadiq Quliyev, 2. Mbah Çimezi, 13. Aleksandr Şemonayev, 32. Luis Alberto Dies, 11. Viktor İqbekoyi, 27. Rəşad Abdullayev (k), 28. Təmkin Xəlilzadə, 10. İqor İvanoviç, 9. Nelson Bonilya.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 7. Rihayro, 8. Tərzin Cahangirov, 14. Tellur Mütəllimov, 90. Vüsal İsgəndərli, 96. Elgün Nəbiyev.
Baş məşqçi: Adil Şükürov.
“Rəvan”: 32. Konstantin Maxnovski, 6. Vüqar Bəybalayev, 21. Novruz Məmmədov, 2. Ruslan Tağızadə, 11. Şeriff Suma, 16. Orxan Lalayev, 18. Samuel Barlay, 99. Nicat Muxtarov, 22. Məhəmməd Alıyev, 17. Ramazan Abbasov (k), 19. Tural Qürbətov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 24. Elçin İsmayılov, 88. Roini İsmayılov, 8. Məhəmməd Quliyev, 7. Elvin Həsənəliyev, 10. Alibobo Raxmatullayev, 86. Fərid Quliyev.
Baş məşqçi: Emin Quliyev.

Turun digər oyunları: 20 sentyabr (16:30. “Kəpəz” – “Qarabağ”, 21:00. “Neftçi” – “Xəzər Lənkəran”). 21 sentyabr (21:00. “Qəbələ” – “Sumqayıt”).

Həmin kateqoriyadan